Bu ölkədə karantin rejimi BAŞA ÇATDI

Bu ölkədə karantin rejimi

Sloveniya koronavirus pandemiyası ilə əlaqədar karantin rejimini başa çatdıran ilk Avropa ölkəsi olub.

Unikal.org-un məlumatına görə, ölkə hökuməti ötən gecədən etibarən epidemiyanın başa çatdığını elan edib.

Qeyd olunur ki, son iki həftə ərzində Sloveniyada yoluxanların sayı gündə 7 nəfərdən çox olmayıb.

Bu gündən etibarən Sloveniyaya gələnlərin karantinə alınması dayandırılır.

Qeyd edək ki, bu günə qədər Sloveniyada 1 464 nəfər virusa yoluxub, 103 nəfər ölüb, 322 nəfərin isə müalicəsi davam edir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
48 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...