ABŞ-da pandemiya səbəbi ilə 39 milyon insan işini itirib

ABŞ-da pandemiya səbəbi ilə 39 milyon insan işini itirib

ABŞ-da, təqribən, 39 milyon sakin yeni növ koronavirusun yayılması təhlükəsi ilə bağlı ölkədə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər səbəbindən işsiz qalıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” ABŞ-ın Əmək Nazirliyinin məlumatına istinadən yazıb.

Məlumatda göstərilir ki, son həftə ərzində 2,4 milyondan çox insan işsizlik müavinəti almaq üçün müraciət edib. Müavinət almaq üçün müraciət edənlərin ümumi sayının 38,6 milyon nəfərə qədər artdığı qeyd olunur.

Bununla yanaşı, nazirlikdən son yeddi həftə ərzində daxil olmuş müraciətlərin sayında azalma müşahidə olunduğu bildirilib. “Amma yenə də bu, böhrandan əvvəlki dövrdəki analoji göstəricidən on dəfə çoxdur”, - məlumatda vurğulanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
507 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...