Türkiyədən daha 174 Azərbaycan vətəndaşı Vətənə gətirilir

Türkiyədən daha 174 Azərbaycan vətəndaşı Vətənə gətirilir

Türkiyədən Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün növbəti çarter reysi həyata keçirilir.

Azərbaycanın Ankaradakı səfirliyindən "Report"un yerli bürosununa verilən məlumata görə, İstanbulun yeni hava limanından həyata keçirilən uçuşda ümumilikdə 174 nəfər Azərbaycan vətəndaşının təxliyəsi baş tutacaq.

Diplomotik nümayəndikdən bildirilib ki, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərini operativ şəkildə dəyərləndirən Azərbaycanın Ankaradakı Səfirliyi və İstanbuldakı Baş konsulluğu xüsusilə Vətənə dönməsinə zərurət olan vətəndaşların müraciətlərini nəzərə alıb:

“Onların arasında yaşlılar, xəstələr, körpə uşaqları olan və çətin vəziyyətdə olan ailələr var. Azərbaycan Hava Yolları (AZAL) ilə baş tutan uçuşda İstanbul, Ankara, İzmir, Antalya, Muğla, Çorum daxil olmaqla Türkiyənin bir çox şəhərində yaşayan həmvətənlərimizin təxliyəsi həyata keçirilir”.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə arasında hava və quru sərhədilərində gediş-gəliş martın 15-də saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...