ABŞ səmasını bağlayır - Trampın qərarı NATO-nu ŞOKA SALDI

ABŞ səmasını bağlayır -

ABŞ prezidenti Donald Tramp ölkənin Açıq Səma Müqaviləsindən çıxdığını bildirib. Modern.az xəbər verir ki, bu sənədə imza atmış ölkələr hərbi əməliyyatları müşahidə etmək üçün bir-birinin ərazisinə uçuşlar etmək hüququna malik idilər.

Tramp Moskva və Vaşinqton arasındakı münasibətlərin yaxşı olduğununa baxmayaraq, Rusiyanın öz öhdəliklərini yerinə yetirmədiyini deyib.

Bununla belə, ABŞ-ın bəzi Avropa müttəfiqləri “Ağ ev”dəkilərin fikirlərini dəyişəcəyinə ümid edirlər.

Müqaviləyə əsasən, Rusiyanın Tu-154 avialayneri Vaşinqton üzərində müşahidə uçuşları edirdi. Hələ 2017-ci ildə ABŞ mətbuatında Rusiyanın Vaşinqton üzərindən kəşfiyyat aparması ilə bağlı məlumatlar çıxmışdı. İndi isə Moskva təyyarəsinin Trampın qolf-klubu üzərində fırlanaraq onu güdməsi kimi xəbərlər yayılıb. Rusiya isə bu uçuşun ABŞ-la razılaşdırıldığını, təyyarədə Pentaqon zabitlərinin olduğunu bildirir. Eyni zamanda ABŞ təyyarələri də il ərzində Rusiya səmalarında 8 dəfə uçaraq ərazidə çəkilişlər aparıblar.

Donald Tramp bu müqavilə ilə bağlı danışılaq aparmaq istəməsə də, Rusiya ilə yeni müqavilə imzalanacağını da istisna etmir.

ABŞ-ın Dövlət Departamenti müqavilədən imtina etmək istəyinin səbəblərini yazılı şəkildə bildirib. Səbəblərdən biri kimi bir dəfə Amerika təyyarələrinə yanacaq doldurmaq üçün Krım aerodromunun ayırılması göstərilib. ABŞ yarımadanı Ukraynanın ərazisi hesab etdiyindən bu təklifi təhqiramiz sayıb. Rusiya rəsmiləri də öz iddialarını irəli sürüblər. Onlara ABŞ-ın hava hərəkəti qaydalarından kənara çıxmaq icazəsinin verilmədiyini, Havay adaları üzərində uçuşların xüsusi prosedurunda dəyişiklilər olunduğunu və digər səbəbləri qeyd ediblər.

Donald Trampın müqaviləni pozmaq qərarı Vaşinqtonda da birmənalı qarşılanmayıb.

“Tramp və onun müşavirləri Rusiyanın qaydaları pozmasını əsas gətirərək, özləri də sistematik olaraq şərtləri pozurdular. Amma Trampın bu problemlərə yanaşma tərzinə baxsaq, onun, əvəzində heç nə yaratmadan, hər şeyi dağıtmaq istədiyini görərik”, - deyə CCN saytı bildirir.

Açıq Səma Müqaviləsi 1992-ci ildə imzalanıb. Hazırda bu müqaviləyə 34 ölkə qoşulub. ABŞ-ın NATO-dan çıxması avropalı müttəfiqləri üçün də zərbə hesab edilir. Buna qədər amerikalılar əldə etdikləri məlumatları NATO ilə bölüşürdülər. Stokholm və Berlin Vaşinqtonu fikrinədən daşındırmağa çalışacaqlar. Qərar payızda qüvvəyə minəcəyindən avropalıların 6 ay vaxtı var.

NATO artıq bu gün təcili iclas çağırıb. Alyans, həmçinin bu məsələnin Avroatlantik təhlükəsizliyə necə təsir edəcəyi sualını da müzakirəyə çıxaracaq.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
132 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...