“Pandemiyanın hələ başlanğıcındayıq” - Merkel

“Pandemiyanın hələ başlanğıcındayıq” -

Almaniya kansleri Angela Merkel ölkəsinin koronavirus pandemiyasının hələ başlanğıcında olduğunu deyib. Bu barədə “HaberGlobal” məlumat yayıb. O bildirib ki, müalicə üçün peyvənd və ya dərman yoxdur:

“Ancaq vəziyyətə daha yaxşı nəzarət edə bildik. Yenə də çox ehtiyatlı və diqqətli olun!”

A.Merkel əyalət rəhbərlərindən sosial məsafə qaydalarının məcburiyyət olaraq davam etdirilməsini istəyib: “Sosial məsafə yalnız tövsiyə olaraq qalırsa və ayrı-ayrı insanlar buna əməl etmirlərsə, digərləri üçün təhlükə yaranır. Sosial məsafəni borc hesab edirəm”.

O əlavə edib ki, infeksiya sürətlə və yenidən yayılacaq. Qeyd edək ki, Almaniyada karantin məhdudiyyətləri iyun ayının 29-dək uzadılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
688 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...