Ermənistanda ağır koronavirus xəstələrinin sayı artdı

Ermənistanda ağır koronavirus xəstələrinin sayı artdı

Ermənistanda koronavirusa yoluxan 271 nəfərin vəziyyəti ağırdır.

Azvision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində yazıb. O bildirib ki, 53 xəstənin vəziyyəti kritikdir.

Nazirin sözlərinə görə, koronavirusa yoluxan 18 nəfər isə süni nəfəs aparatına qoşulub.

Ermənistanda indiyədək 8216 nəfər koronavirusa yoluxub, 113 xəstə dünyasını dəyişib. Son sutka ərzində ölkədə rekord sayda (15 nəfər) ölüm halı qeydə alınıb. Koronavirusdan ölən ən cavan xəstənin 42 yaşı olub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...