Gürcüstanda koronavirusa yoluxanların sayı 805-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 805-ə çatdı

Gürcüstanda son sutka ərzində koronavirusa 4 yeni yoluxma halı qeydə alınıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 805-ə çatıb. Onların 650-si müalicə olunaraq sağalıb, 13-ü isə vəfat edib. Ölkə üzrə karantində 2 424, stasionar nəzarətdə isə 304 nəfər saxlanılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...