Almaniyada qaçqınlar arasında dava: Azərbaycan vətəndaşı xəsarət alıb - VİDEO

Almaniyada qaçqınlar arasında dava:

Almaniyanın Şimali Reyn Vestafliya əyalətindəki bir qaçqın yataqxanasında sığınacaq axtaranlar arasında baş verən davada Azərbaycan vətəndaşı xəsarət alıb.

Bonn şəhərində yerləşən qaçqın yataqxanasında yaşayan Azərbaycan vətəndaşlarının “Report”un Avropa bürosuna verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında, yataqxanadakı mətbəxlərin birində qeydə alınıb.

Mətbəxin çirkli olması səbəbindən dava edən Nigeriya və Eritreyadan olan sığınacaq axtaranları sakitləşdirməyə çalışan 32 yaşlı Azərbaycan vətəndaşı atılan dəmir tava nəticəsində baş nahiyəsindən xəsarət alıb.

Hadisə yerinə yataqxananın mühafizəçiləri və Bonn şəhər Polis Təşkilatının işçiləri gəliblər.

Dava edən şəxslər saxlanılıb, xəsarət alan azərbaycanlı isə təcili yardım vasitəsi ilə xəstəxanaya aparılıb.
Həkimlər onun baş nahiyəsinə 3 tikiş qoyduqdan sonra, ambulator müalicə üçün evə buraxıblar.

Faktla bağlı Bonn Polis Təşkilatı tərəfindən araşdırmalar davam etdirilir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...