Ermənistanın Baş Qərargah rəisi toy biabırçılığına görə istefa verdi

Ermənistanın Baş Qərargah rəisi toy biabırçılığına görə istefa verdi
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan istefa verib.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onun işdən çıxmasına səbəb kimi koronavirus pandemiyası dövründə karantin rejimi qaydalarını pozaraq oğluna toy etməsi göstərilir.
Belə ki, ölkədə fövqəladə vəziyyət olmasına baxmayaraq, təşkil olunan toy mərasimində 100-dən çox qonaq iştirak edib. Koronavirus pandemiyasına görə ağır vəziyyətlə üzləşən ölkədə Baş Qərargah rəisinin bu addımı ictimaiyyətdə rezonans doğurub.
Qeyd edək ki, A.Davtyan 2018-ci il mayın 24-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
477 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...