Estoniyada artıq iki gündür ki, koronavirusa yoluxan yoxdur

Estoniyada artıq iki gündür ki, koronavirusa yoluxan yoxdur

Estoniyada artıq iki gündür ki, koronavirusa yoluxanların ümumi sayı 1 981 nəfər olaraq qalır. “RİA Novosti” bu barədə ölkənin Səhiyyə departamentinə istinadla xəbər yayıb.

Departamentin saytında yerləşdirilən məlumatda qeyd edilir ki, yanvarın 31-dən Estoniyada 103 mindən çox koronavirus testi edilib. Xəstəxanalarda olan səkkiz xəstənin biri süni tənəffüs aparatına qoşulub. Pandemiya dövründə ölkədə 69 nəfər həyatını itirib. Qeyd edək ki, Estoniya martın 12-də elan etdiyi fövqəladə rejimdən mayın 18-də çıxıb. Yumşaldılma tədricən, mərhələlərlə tətbiq edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...