Gürcüstanın turizm sektoru boğulur: 4.5 milyard borc...

Gürcüstanın turizm sektoru boğulur:
Gürcüstanın turizm sektorunun hazırda 4,5 milyard lari (təqribən 1,30 milyard avro) borcu var. Bu məbləğin 3 milyard larisi hüquqi şəxslərin, 1,5 milyardı isə turizm sahəsində çalışan fiziki şəxslərin payına düşür.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili söyləyib. Onun sözlərinə görə, 2021-ci ilin yanvarına qədər heç kim bu məbləği ödəyə bilməyəcək.

“Vəziyyətdən çıxış yolu Gürcüstanda turizm vergisinin tətbiq edilməsidir”, – deyə Alaverdaşvili vurğulayıb. Bildirilib ki, Tbilisidə turist orta hesabla 3,5-4 gün qalır. Əgər bir ildə şəhərə 2 milyon turist gəlsə, il ərzində vergi hesabına 7 milyon avro toplamaq olar.

Federasiya rəhbəri deyib ki, vergi bir gün üçün 1-2 avrodan çox olmamlıdır. Ş.Alaverdşvili onu da qeyd edib ki, turizm sektorunda verginin tətbiqi ilə əlaqədar müvafiq qanun layihəsi də hazırlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
518 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...