Həbsxanalarda 11 məhbus koronavirusdan öldü - Tacikistanda

Həbsxanalarda 11 məhbus koronavirusdan öldü -
Tacikistanda pandemiya başlayandan 98 məhbus sətəlcəm xəstəliyinə tutulub, onlardan 11 nəfər ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mətbuata Tacikistanın ədliyyə naziri Müzəffər Aşuriyon bildirib.

Məlumatda, bəzi məhbusların yaxınları əvvəllər Ədliyyə Nazirliyinin ölkədə həbsxanalarda və istintaq təcridxanalarında koronavirusun olmaması ilə bağlı rəsmi açıqlamasını şübhə altına alıblar.

Vahid milli portal covid.tj-ə görə, Tacikistanda bu günədək 6 595 nəfərdə koronavirus virusu qeydə alınıb, 55 nəfər həyatını itirib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
129 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...