Cənubi Amerikada karantin qaydalarını pozanlar güllələnir

Cənubi Amerikada karantin qaydalarını pozanlar güllələnir

Kolumbiyada koronavirusa yoluxmuşların sayının artması fonunda karantini pozanların öldürülməsinə başlanılıb.

Bu barədə “Daily Mail” xəbər verir.

Cənubi Amerikanın bu ölkəsinin 32 ştatının ən azı 11-də yerli silahlı qruplaşmalar karantin qaydalarının yerinə yetirilməsinə nəzarət etməyə başlayıb. Məlumata görə, onlar hökumətin qəbul etdiyindən daha sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər.

Belə ki, bəzi bölgələrdə dəstələr komendant saatının başlama vaxtını saat 17:00-a çəkiblər. Bir çox ərazilərdə baqqal mağazalarında və apteklərdə işləyənlər istisna olmaqla, digər yerli sakinlərin evdən çıxması qadağan edilib, qadağalar hətta xəstəxanalara gedənlərə də tətbiq olunub.

Bundan əlavə, kartel üzvləri vətəndaşların hərəkətini məhdudlaşdırır, yaşayış məntəqələri arasında yolları bağlayır və koronovirusa yoluxmaqda şübhəli bildiklərini isə, əksinə, bölgəni tərk etməyə məcbur edirlər.

Yerli sakinlərə tətbiq olunan qaydalar barədə “WhatsApp” messencerində göndərilən mesajlarla məlumat verilir.

Eyni zamanda, qayda pozanlar ölümlə təhdid edilir. “Daily Mail”in yazdığına görə, son aylarda dəstə üzvləri məhdudiyyətlərə riayət etməkdən imtina edən ən azı doqquz nəfəri öldürüblər. Bundan başqa, Kolumbiyanın cənub-qərbində üç nəfər parkda gəzintiyə çıxdığına görə öldürülüb.

Venesuelada cib telefonlarını təmir edən emalatxanada spirtli içki içən iki miqrantın öldürülməsi barədə də məlumat var.

Son xəbərlərə görə, Kolumbiyada COVID-19-a 165 mindən çox yoluxan qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
460 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...