İspanlar üçün böyük təhlükə - Koronavirus qayıdır

İspanlar üçün böyük təhlükə -


İspaniyanın ikinci böyük şəhəri olan Barselonada rəsmilər yoluxanların sayını azaltmaq üçün insanlardan evdən çıxmamalarını və 10 nəfərdən artıq insanın bir yerə toplaşmamasını tələb edib.

Yenisabah.az xəbər verir ki, təxminən 1.6 milyon əhalisi olan Barselonada koronavirusa yoluxanların sayı ötən həftə ilə müqayisədə kəskin şəkildə artıb. Məhz bu səbəblə şəhərin yerləşdiyi Kataloniya bölgəsini səhiyyə rəhbəri Alban Verges insanları məsuliyyətli olmağa çağırıb:

"İnsanlar lazım olmadıqca evdən çıxmamalıdır. Hazırda bu kimi tədbirləri görməyiniz çox önəmlidir, çünki təcridin qarşısını almağın ən yaxşı yolu budur".

Qeyd edək ki, İspaniyada ötən gün 580 nəfər virusa yoluxub. Bu, son iki aydakı ən yüksək artışdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
675 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...