Böyük Britaniya Kraliçasının nəvəsi gizli şəkildə evlənib

Böyük Britaniya Kraliçasının nəvəsi gizli şəkildə evlənib
Böyük Britaniya Kraliçası II Elizabetin nəvəsi Şahzadə Beatris gizli şəkildə evlənib.

“Report” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Britaniya taxtının doqquzuncu varisi olan Beatris İtaliya əsilli milyoner Edoardo Mapelli Motsi ilə ailə qurub.

Toy Vindzor malikanəsindəki “All Saints's Chapel”də baş tutub. Mərasimdə Kraliça və Şahzadə Filip, eləcə də gəlinin atası Şahzadə Endryu iştirak edib.

Ümumilikdə toy mərasimində 20 qonaq olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
479 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...