İranda 36 mindən çox məhkum müvəqqəti azadlığa buraxıldı

İranda 36 mindən çox məhkum müvəqqəti azadlığa buraxıldı

İranda koronavirusun geniş yayılması ilə əlaqədar 36 mindən çox məhkum müvəqqəti olaraq azadlığa buraxılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Məhkəmə Hakimiyyətinin mətbuat katibi Qulamhüseyn İslami deyib.

O bildirib ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə İran ədliyyəsi zindanda yatanların sayını azaltmaq qərarı verib. Qərara uyğun olaraq 36 min 283 məhkum müvəqqəti olaraq evlərinə buraxılıb.

Onun sözlərinə görə, məhkumlar kütləvi şəkildə deyil, mərhələlərlə azadlığa buraxılıb və koronovirus pandemiyası başa çatdıqdan sonra, cəzalarının qalan hissəsini də çəkəcəklər.

Qeyd edək ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar İranın bu addımını təqdir ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
447 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...