Lukaşenkonun əsas rəqibi Moskvaya qaçdı

Lukaşenkonun əsas rəqibi Moskvaya qaçdı
Belarusdakı prezident seçkisində qeydə alınmayan namizəd Valeri Çepkalo ölkədən qaçıb.

Axar.az xəbər verir ki, bu barədə Çekalonun özü “Dojd” televiziyasına danışıb.

Çepkalo Belarusda onu həbs və valideynlik haqlarına məhrumiyyət gözlədiyi üçün Moskvaya iki övladı ilə qaçdığını bildirib.

Qeyd edək ki, Çepkalo Belarusda Aleksandr Lukaşenkonun avqustda keçiriləcək seçkidə əsas rəqiblərindən sayılırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
521 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...