ABŞ koronavirusa qarşı dərmanın 90 faizini satın alıb – Tramp

ABŞ koronavirusa qarşı dərmanın 90 faizini satın alıb –
ABŞ dünyadakı COVID-19 koronavirusu olan xəstələrin müalicəsində istifadə olunan Remdesivir adlı dərman ehtiyatının 90% -ni satın alıb.

KONKRET.az xəbər verir ki, dərmanın ABŞ-da koronavirus müalicəsi üçün istifadəsi may ayında təsdiqlənib.

“Mənim administrasiyam dünya miqyasında Remdesivir dərmanının 90% -nin nəzarətini təmin edib, bu da müalicədə böyük təsir göstərir”. Tramp bu sözləri ölkədə dərman qiymətlərinin azaldılması ilə bağlı bir qərarın imzalanması öncəsi Ağ Evdəki brifinqdə deyib.
ABŞ koronavirusa qarşı dərmanın 90 faizini satın alıb –

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş alimi Sumiya Svaminatan “Remdesivir“i koronavirusun yeganə ümidverici müalicəsi adlandırmışdı. Dediyinə görə, yalnız bu dərman COVID-19-a qarşı nəticələr göstərib. O qeyd edib ki, dərman xəstəxanaya yerləşdirilənlərin sayını azaldır.

May ayında ABŞ-dakı Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun alimləri “Remdesivir”in COVID-19 xəstələrində sağalmanı sürətləndirdiyini sübut ediblər.

Koronavirusa yoluxmuş 1063 nəfər klinik müayinədə iştirak edib. Remdesivir qəbul edən xəstələr daha sürətli sağalıblar. Dərman ölüm hallarını da azaldıb: eksperimental qrupdakı xəstələr arasında ölüm nisbəti 7,1 faiz təşkil edib.

Johns Hopkins Universitetinin məlumatına görə, ABŞ COVID-19-a yoluxmuş insanların sayına görə dünyada birinci yerdədir. Ölkədə 4,6 milyon insan bu xəstəliyə yoluxub, 145 mindən çox adam ölüb.

ABŞ prezidentinin sözlərinə görə, ölkədə pandemiya ilə bağlı vəziyyət pisləşə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...