Gürcüstanda yanacaq bahalaşıb

Gürcüstanda yanacaq bahalaşıb
Gürcüstanda son ay yarımda yanacağın qiymətində artım qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Adi YDM-lərdə yanacaq orta hesabla 30 tetri, brend YDM-lərdə isə 5-8 tetri bahalaşıb.

Birliyin sədri Vano Mtvralaşvili qiymət artımını dünya bazarlarında neft məhsullarının əhəmiyyətli dərəcədə bahalaşması ilə izah edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
487 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...