Azərbaycanın İstanbula təyin olunmuş yeni baş konsulu kimdir? - DOSYE

Azərbaycanın İstanbula təyin olunmuş yeni baş konsulu kimdir? -

Prezident İlham Əliyev iyulun 28-də Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nərminə Elsevər qızı Mustafayeva Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

Modern.az xəbər verir ki, Nərminə Mustafayeva daha əvvəllər jurnalist kimi fəaliyyət göstərib.

Belə ki, o, vaxtilə - 90-cı illərin sonu - 2000-ci illərin əvvələrində ANS televiziyasında müxbir kimi çalışıb, “Xəbərçi” proqramının aparıcısı olub. Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanınan telejurnalist daha sonralar Prezident Adminsitrasiyasının Protokol xidmətində işləyib.

Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.

Qeyd edək ki, 2016-2020-cı illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu olmuş Məsim Hacıyevin diplomatik xidmət müddəti başa çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...