İranda koronavirusdan sağalanların sayı 260 minə çatır

İranda koronavirusdan sağalanların sayı 260 minə çatır

İranda daha 196 nəfər pandemiyanın qurbanı olub.

“Report” IRINN-a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, son 24 saatda ölkədə 2 636 yeni yoluxma faktı qeydə alınıb.

Beləliklə, İranda qeydə alınmış yoluxma hallarının sayı 298 909-a yüksəlib. Onlardan 16 343 nəfəri ölüb, 259 116 nəfəri sağalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...