Belarus Rusiya ilə sərhədə hərbi texnika və ordu hissələri yığır

Belarus Rusiya ilə sərhədə hərbi texnika və ordu hissələri yığır

Belarus hakimiyyəti bir neçə gün əvvəl Minsk ətrafında “Vagnerin ordusu” kimi tanınan Rusiya özəl hərbi şirkətinin 33 muzdlusunun yaxalanmasından sonra iki ölkə sərhədinə hərbi texnika və qoşun hissələri yeridir.

Virtualaz.org xəbər verir ki, bu barədə məlumatlar və videokadrlar Rusiya KİV-lərində yayılıb.


“Novaya qazeta”nın təqdim etdiyi videokadrlara əsasən Rusiya ilə dövlət sərhədi istiqamətində zirehli texnika kalonu hərəkət edir. Qoşunlar Rusiya ilə sərhədin bir neçə kilometrliyində yerləşdirilir. Kadrlarda Rusiya-Belarus sərhədindəki sərhəd-keçid məntəqəsi yaxınlığında azı 9 zirehli transportyor görünür. Sərhədə hərbi texnikanın və ordu hissələrinin yeridilməsinin məqsədi aydın deyil, amma Belarus müxalif mənbələrinin bildirdiyinə görə, Minsk yaxın saatlarda Rusiya ilə sərhədi bağlamağa hazırlaşır. Bununla belə Belarus hakimiyyəti bu xəbərləri qəti təkzib edir.

Xatırladaq ki, Belarus hakimiyyəti rusiyalı muzdluların avqustun 9-da keçiriləcək prezident seçkiləri zamanı ölkədə vəziyyəti gərginləşdirmək, diversiyalar həyata keçirmək üçün göndərildiyini bildirir. Muzdlular arasında indiyədək Suriya, Liviya və Donbassda gedən döyüşlərdə iştirak edənlər var. Rusiya tərəfi isə həmin şəxslərin muzdlu döyüşçülər olduğunu inkar edərək Belarus ərazisindən üçüncü ölkəyə uçmağı planlaşdırdıqlarını bildirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...