Sarqsyanın üzünə durmayan keçmiş mer tutulub

Sarqsyanın üzünə durmayan keçmiş mer tutulub

Yerevanın keçmiş meri, Ermənistanın İctimai xidmətin tənzimlənməsi üzrə komissiyanın sabiq başçısı Robert Nazaryan tutulub.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohacanyan bildirib.

Onun sözlərinə görə, keçmiş mer cinayət işlərindən biri çərçivəsində saxlanılıb: “Hadisə ilə bağlı ətraflı məlumat veriləcək”.

Ermənistan KİV-ləri yazır ki, bir müddət əvvəl Nazaryanın keçmiş prezident Serj Sarqsyana qarşı ifadə verməkdən imtina etmişdi. Sarqsyan iri məbləğdə dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Nazaryan 1996-2003-cü illərdə müxtəlif vəzifələrdə, Yerevanın meri və Ermənistanın energetika nazirinin müavini işləyib. 2003-2018-ci illərdə isə Ermənistanın İctimai xidmətin tənzimlənməsi üzrə komissiyanın sabiq başçısı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...