ABŞ Belarusa qarşı sanksiyalara hazırlaşır

ABŞ Belarusa qarşı sanksiyalara hazırlaşır
Belarusda seçki sonrası siyasi gərginlik davam edir.

Modern.az RT.com-a istinadən bildirir ki, prezident seçkisindən 4 gün sonra Belarus nümayişçilərlə hüquq-mühafizə orqanları arasında toqquşmalar davam edir.

Hazırkı prezident Aleksandr Lukaşenkonun bazar günü keçirilən seçkidə inamlı qələbəsindən sonra, müxalifət nəticələrin saxtalaşdırıldığını və qələbini hazırda Litvada olan namizəd Svetlana Tixanovskayanın qazandığını bildirirlər.

ABŞ Dövlət katibi Mayk Pompeo müxalifətə qarşı sərt güc tətbiqindən sonra sanksuya tətbiqinin aktuallaşacağını bildirib. O, ölkəsinin Belarusa neft məhsulları satışı ilə bağlı məhdudiyyətlər tətbiq edəcəyini, ticarət qadağalarının olacağını anons etmişdi.

Minskdə və digər şəhərlərdə nümayişçilər müxalifətin və qəddar polis taktikasının qurbanı olanlara dəstək ifadə etmək üçün "insan həmrəyliyi zəncirləri" formalaşdırıblar. Qeyd edək ki, iştirakçıların böyük bir hissəsinin qadınlar olduğu göstərilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...