Nazarbayevin qızı oğlunun ölüm xəbərini təsdiqləyib

Nazarbayevin qızı oğlunun ölüm xəbərini təsdiqləyib
Nazarbayevin qızı Dariga oğlu, 29 yaşlı Aysultan Nazarbayevin ölüm xəbərini təsdiqləyib.

APA bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Londonda vəfat edib.

APA bildirir ki, bu barədə Zakon.kz xəbər verir. İlkin versiyaya görə, Dariqa Nazarbayevanın 30 yaşlı oğlu Aysultan Nazarbayevin ölümünə səbəb ürək tutması olub.

Hadisənin təfərrüatları barədə geniş məlumat yoxdur. Qeyd edək ki, daha əvvəl Aysultan Nazarbayevin Böyük Britaniyadan siyasi sığınacaq istəməsi barədə məlumat verilmişdi.

Gənc oğlan ailəsinin ona təzyiq göstərdiyini söyləyirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
619 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...