“Apple”ın bazar dəyəri ilk dəfə 2 trilyon dolları ötüb

“Apple”ın bazar dəyəri ilk dəfə 2 trilyon dolları ötüb

ABŞ-ın texnologiya nəhəngi “Apple”ın bir səhminin dəyəri çərşənbə günü beynəlxalq birjalarda 1,3% artaraq 468,4 ABŞ dollara yüksəlib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, beləliklə də bir səhminin dəyəri ilin əvvəlinə görə 57% artan “Apple”ın bazar dəyəri 2 trilyon ABŞ dolları ötüb.

Qeyd edək ki, bu ilin aprel-iyun dövrünü əhatə edən III rübdə şirkətin xalis mənfəəti 11,2 milyard ABŞ dolları (illik müqayisədə 12% çox), gəlirləri 59,6 milyard ABŞ dolları (11% çox), şirkətin hər səhm üzrə qazancı 2,58 ABŞ dolları (18,3% çox) təşkil edib.

Hesabat dövründə “Apple”ın smartfon və planşet satışları da artıb. Belə ki, “iPhone” satışları 1,7% artaraq 26,4 milyard ABŞ dollara, “iPad” satışları isə 31% artaraq 6,6 milyard ABŞ dollara, “Mac” satışları isə 21,6% artaraq 7,1 milyard ABŞ dollara çatıb.

Xatırladaq ki, bazar dəyəri ilk dəfə 2 avqust 2018-ci ildə 1 trilyon ABŞ dollara çatan “Apple”, bu ünvanını 2019-cu ilin dekabrında bazar dəyəri 1,7 trilyon ABŞ dollara yüksələn Səudiyyə Ərəbistanın neft nəhəngi “Aramco”ya uduzsa da, bu ilin avqustun əvvəllərində yenidən "dünyanın ən dəyərli şirkəti" olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
542 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...