Türkiyədə koronavirusa qarşı 13 vaksin hazırlanır

Türkiyədə koronavirusa qarşı 13 vaksin hazırlanır


Türkiyədə koronavirusa qarşı eyni anda 13 fərqli vaksin hazırlanır.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

O bildirib ki, 13 vaksinin yaradılması istiqamətində işlər davam etdirilir və üç halda heyvanlar üzərindəki sınaqlar artıq başa çatıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun əvvəlində vaksin hazırlayan istehsalçılardan birinin onun insanlar üzərində kliniki sınaqdan keçirilməsi üçün icazə aldığını bəyan etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
558 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...