Ukrayna kəşfiyyatı Donbass separatçılarının liderini qaçırmaq istəyib? – FTX 7 şübhəlini tutdu

Ukrayna kəşfiyyatı Donbass separatçılarının liderini qaçırmaq istəyib? –

Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə Donbass separatçılarının rəhbərlərindən birini qaçırmağa cəhd edən 7 nəfəri saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə TASS agentliyi 20 avqust cümə axşamı məlumat yayıb.

FTX Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşlərdə fəal iştirak edən bir şəxsi qaçırmağa cəhd edildiyini söyləyib.

“Qaçırılma cəhdində dərhal Rusiya vətəndaşları tutulub: Makarov T. B., Mişenko M. S., Kapkayeva O.D., Kormiç A. M., Pızin M. Y., Moroz E. A və Dolqov V. V. Təşkilatçı və aksiyanın koordinatorları, Ukrayna vətəndaşları – Andrey Baydala və İqor Mişenko” deyə məlumatda bildirilir.

Qeyd olunur ki, təşkilatçılar Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əks-kəşfiyyat şöbəsi rəhbərinin göstərişi ilə hərəkət ediblər.

“Baydala və Mişenko UTX-nın əks-kəşfiyyat şöbəsinin müdiri A. Rusnakın və Ukrayna Təhlükəsizlik Xidmətinin Təhlükəsizlik Xidmətinin 5-ci şöbəsinin müdiri A. Pokladanın göstərişləri və ümumi rəhbərliyi ilə hərəkət ediblər”, – FTX-də qeyd edilib.

Rusiya tərəfi iddia edir ki, Ukrayna xüsusi xidmət orqanları tutulan şəxsləri daha bir neçə rusiyalının qaçırılması və öldürülməsi əməliyyatına cəlb edib.

“Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə mütəşəkkil cinayətkar qrupun üzvləri Rusiyanın bölgələrindəki konkret ünvanları izləyiblər və “DXR” ərazisinə gedərək bir sıra tapşırıqları yerinə yetiriblər” deyə FTX əlavə edib.

Moskva məhkəməsi bir separatçını qaçırmaq və Ukraynaya aparmaq planında şübhəli bilinən yeddi nəfəri həbs edib.

UTX bu məlumatı saxta adlandırıb və əsas mənbə kimi Rusiya mediasına işarə vurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
684 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...