Ermənistanda COVID-19-a yoluxanların sayı 42 825-ə çatıb

Ermənistanda COVID-19-a yoluxanların sayı 42 825-ə çatıb

Ermənistanda son sutka ərzində 33 nəfər yeni koronavirus infeksiyasına yoluxub. APA-nın “Sputnik Armenia”ya istinadən məlumatına görə, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 42 825-ə çatıb.

Son sutkada Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb. Ölkədə bu virusdan ölənlərin sayı 854-dür. Ermənistanda indiyədək koronavirusdan sağalanların sayı 36 049 nəfərdir, 5666 nəfər müalicə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
594 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...