Türk ordusundan 20 min FETO-çu qovulub

Türk ordusundan 20 min FETO-çu qovulub

Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə çərçivəsində bugünədək 20 min 62 personal Türk Silahlı Qüvvələrindən uzaqlaşdırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar açıqlama verib.

"Kəşfiyyat bölmələrindən, Milli Kəşfiyyat Təşkilatımızdan, prokurorluq orqanlarından, öz iyerarxiyamızdan əlavə məlumat və sənəd çıxdıqca tərəddüd etmədən lazımi tədbirləri görürük. Bugünədək 20 min 62 personal TSK-dan uzaqlaşdırılıb. Biz bu formaları satqınlara geyindirməyəcəyik, bunun üçün əlimizdən gələni edirik",-deyə nazir əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1065 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...