İsveçdə Quran yandırıldı, iğtişaşlar başladı

İsveçdə Quran yandırıldı, iğtişaşlar başladı
İsveçin Malmö şəhərində aktivistlərin Quranı yandırması ucbatından iğtişaşlar başlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı İsveçin SVT televiziyası yayıb. İğtişaşların dünən axşam saatlarında baş verdiyi bildirilib.

İnsident zamanı petardlar partladılıb, avtomobil şinləri yandırılıb, polisə hücum edilib. İğtişaşlar nəticəsində 20 nəfər saxlanılıb.

Qeyd edək ki, sağ ekstremist Sərt Kurs Partiyasının şəhərdə antiislam aksiyası keçirərək, Quranı yandırıb. Onların bu hərəkətlərini videoya çəkib yayması iğtişaşların başlanmasına səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
780 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...