Belarus siyasi fəalı Minskin mərkəzindən qaçırdılar

Belarus siyasi fəalı Minskin mərkəzindən qaçırdılar


Belarusda naməlum şəxslər Minskin mərkəzində siyasi fəal, Koordinasiya Şurasının üzvü Maria Kolesnikovanı qaçırıblar.

Bu barədə TUT.BY şahidin ifadəsinə istinadla məlumat yayır.

Bildirilir ki, bu gün səhər saatlarında Milli İncəsənət Muzeyinin yaxınlığında naməlum şəxslər onu “Ünsiyyət” yazısı olan mikroavtobusa mindirib aparıblar.

Şahidin sözlərinə görə, mülki geyimli və maskalı şəxslər Mariyanı mikroavtobusa itələyiblər, bu zaman onun telefonu yerə düşüb. Sonra həmin adamlardan biri telefonu da götürüb maşına qoyub.

Maskalı şəxslərin yaxınlıqda olmasından ehtiyat edən qız baş verənləri videoya çəkə bilməyib.

Qeyd edilir ki, Kolesnikovanın telefonu açıqdır, amma zənglərə cavab vermir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
566 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...