Tramp ABŞ iqtisadiyyatını Çindən asılılıqdan qurtarmağa söz verib

Tramp ABŞ iqtisadiyyatını Çindən asılılıqdan qurtarmağa söz verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, prezident vəzifəsinə yenidən seçiləcəyi təqdirdə Birləşmiş Ştatların iqtisadiyyatını Çindən "ayıracaq" və Amerika biznesinin həmin ölkədən asılılığına son qoyacaq.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

"Biz Amerikanı super istehsal dövlətinə çevirəcəyik və Çindən asılılığımızı birdəfəlik qurtaracağıq”, - deyə ABŞ rəhbəri Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, Birləşmiş Ştatlar Çinə güvənə bilməz.

"Biz iş yerlərini Çindən Birləşmiş Ştatlara qaytaracağıq və Amerikanı tərk etmək istəyən şirkətlər üçün tariflər tətbiq edəcəyik", - prezident əlavə edib.

Trampın sözlərinə görə, ABŞ Çinlə iqtisadi əməkdaşlıqda "milyardlarla dollar itirir". “Əgər biz onlarla bizneslə məşğul olmasaydıq, milyardları itirməzdik", - dövlət başısı deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
582 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...