Türkiyədə 3 hərbçi şəhid olub

Türkiyədə 3 hərbçi şəhid olub
Türkiyə Daxili İşlər Nazirliyinin Jandarm QÜvvələrinin 3 əməkdaşı Van vilayətində şəhid olub.

APA-nın yerli bürosunun xəbərinə görə, DİN yaydığı açıqlamada bildirilib ki, hadisə "Yıldırım -10 Norduz” terrorçuların zərərsizləşdirilməsi istiqamətində aparılan əməliyyat zamanı baş verib. Vanın Çatak mahalında 3 terrorçu məhv edilib.

Əməliyyat zamanı bir jandarma kapitanı və 2 jandarma çavuşu şəhid olub, bir jandarma podpolkovniki isə yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...