Ermənistanda son sutkada 244 nəfər virusa yoluxub

Ermənistanda son sutkada 244 nəfər virusa yoluxub

Ermənistanda daha 244 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 47 154-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 928-ə çatıb. İndiyədək 42 551 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 390 aktiv koronavirus xəstəsi var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
433 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...