"Suriya İnsan Haqları Müşahidəçiləri" təşkilatı: Erməni əsilli suriyalı döyüşmək üçün Ermənistana aparılıb

"Suriya İnsan Haqları Müşahidəçiləri" təşkilatı:
Erməni əsilli suriyalı döyüşçülər Suriyadan Ermənistana aparılıb.

APA-nın xəbərinə görə, bu barədə "Suriya İnsan Haqları Müşahidəçiləri" (Syrian Observatory Human Rights - SOHR) təşkilatı bildirib.

"Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistan tərəfindən Ermənistana aparılıb", - deyə təşkilatın məlumatında qeyd edilir.

Təşkilat bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib.

"Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir", - deyə “Suriya İnsan Haqları Müşahidəçiləri" təşkilatı vurğulayıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
59 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...