Azərbaycan Vaşinqtondakı danışıqlara inanmır

Azərbaycan Vaşinqtondakı danışıqlara inanmır

Vaşinqtonda keçiriləcək görüşlərdən hər hansı bir irəliləyiş gözləmirik.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Britaniya Xarici Jurnalistlər Assosasiyasının onlayn təbdirində çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistanın XİN rəhbərlərini Vaşinqtona dəvət etməsi barədə danışarkən deyib.

ABŞ-n Minsk Qrupunun həmsədrlərindən biri olduğuna diqqət çəkən H.Hacıyev Vaşinqtonun problemin sülh yolu ilə həll edilməsi üçün səy göstərdiyini, lakin bunun reallaşmadığını qeyd edib.

Azərbaycanın 30 ildir danışıqlar apardığını xatırladan Prezidentin köməkçisi, danışıqların uğursuzluğunun məsuliyyətinin həm də Minsk Qrupu həmsədrlərinin üzərinə düşdüyünü əlavə edib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşü oktyabrın 23-də nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
460 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...