Ermənistan prezidenti polis komandirini vəzifəsindən kənarlaşdırıb

Ermənistan prezidenti polis komandirini vəzifəsindən kənarlaşdırıb
Ermənistan prezidenti Armen Sarkisyan polis qüvvələrinin komandiri Qurgen Dallakyanı istefaya göndərib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Qurgen Dallakyan polis qüvvələri komandiri, polis rəisinin müavini vəzifəsindən azad edilsin”, - deyə Sərkisyanın sərəncamında qeyd edilir.

Bəyanatda bildirilir ki, başqa bir sərəncamla bu vəzifəyə Hayk Babayan təyin edilib.

Kadr dəyişikliyinin səbəbləri açıqlanmır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
477 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...