"Mən sadəcə dünyanın məhvini dayandırmaq istəyirəm!” - Tramp

"Mən sadəcə dünyanın məhvini dayandırmaq istəyirəm!” -
“Mən sadəcə dünyanın özünü məhv etməsini dayandırmaq istəyirəm!”

Unikal.org-un xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp "Twitter"də bildirib.

O qeyd edib ki, ABŞ-ın Qida Məhsulları və Dərmanlara Nəzarət İdarəsi çox bürokratikdir və bir sıra vacib peyvəndlərin təsdiqlənməsini gecikdirib.

Prezident adıçəkilən qurumu yaşlı və böyük tısbağa ilə müqayisə edib.

İdarənin rəhbərinə müraciət edən D. Tramp vurğulayıb ki, peyvəndlər indi təqdim edilməlidir: “Dr. Han, oyun oynamağı dayandırın və insanların həyatını xilas etməyə başlayın!”

Prezident Tramp Co Baydenin rəhbərliyi altında Obama administrasiyasının “donuz qripi” ilə mübarizəsini fəlakət adlandırıb: “İndi onlar gəlib “müasir tarixdəki ən böyük və ən sürətli tibbi möcüzələrdən” birinə nəzarəti ələ almaq istəyirlər. Mən belə düşünmürəm! Mən sadəcə dünyanın özünü məhv etməsini dayandırmaq istəyirəm!”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
479 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...