Türkiyə Çindən peyvənd almağa hazırlaşır

Türkiyə Çindən peyvənd almağa hazırlaşır

Türkiyə Çindən peyvənd almağa hazırlaşır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə ÇXR Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.

Bildirilir ki, Türkiyə Xarici İşlər naziri Mevlut Çavuşoğlu çinli həmkarı Van İ ilə telefon danışığı aparıb. Söhbət zamanı o, Çin peyvəndinin təsirli və təhlükəsiz olduğunu deyərək, onu almaq istədiklərini bildirib.

Çin Xalq Respublikasının Xarici İşlər naziri, öz növbəsində, Pekin və Ankaranın epidemiyaya qarşı “əl-ələ verərək” mübarizə apardıqlarını, bir-birini tibbi ləvazimatlarla təmin etdiklərini, epidemiya ilə mübarizə təcrübələrini bölüşdüklərini və COVID-19-a qarşı bir peyvəndin klinik sınaqlarının üçüncü mərhələsinin aparılması istiqamətində son dərəcə effektiv əməkdaşlığa başladıqlarını qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
754 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...