Putininin yaşadığı o bunker: Novo-Oqaryovadakı iqamətgahın sirləri

Putininin yaşadığı o bunker:
Prezidentin mətbuat katibi bildirib ki, Putin yalnız o şəxslərlə üzbəüz görüşür ki, onlar həm də koronavirusla bağlı iki həftəlik çox sərt karantindən keçirlər
Putininin yaşadığı o bunker:


Rusiya prezidenti Vladimir Putin haqqında ən çox yazılan dövlət başçılarından biridir. Bu yazılar təkcə onun siyasi karyerasını əhatə etmir. Onun şəxsi həyatı, qızları, nəvəsi, hətta keçmiş yeznəsi haqda, xüsusilə Qərb mətbuatında ən müxtəlif iddialar yazılır.

Son aylar isə Rusiya prezidenti haqında ən çox səslənən iddia onun pandemiya səbəbindən xüsusi bunkerdə yaşaması ilə bağlıdır.

Putinin görüşlərini eyni otaqda apardığı haqda ilk iddialar prezidentin Pasxa bayramı münasibətilə müraciətindən sonra-yəni aprel ayında ortaya çıxmışdı. Putinin görüşlərini aylardır eyni otaqda, hətta eyni kostyumda keçirməsi haqda iddialar, hazırlanmış bəzi videoçarxlar vasitəsilə təsdiqlənirdi. Bundan sonra “Putin bunkerdə yaşayır” başlıqlı xəbərlər artmağa başladı.

Putininin yaşadığı o bunker:


Putinin sözçüsü Dmitri Peskov prezidentin bunkerdə deyil, Moskva yaxınlığındakı Novo-Oqaryevodakı iqamətgahında işlədiyini dedi. O, Putinin üzbəüz görüşlərinin məhdudlaşdırıldığını da təsdiq etdi. Mətbuat katibi bildirdi ki, Putin yalnız o şəxslərlə üzbəüz görüşür ki, onlar xüsusi xidmətlər tərəfindən deyil, həm də koronavirusla bağlı iki həftəlik çox sərt karantindən keçirlər.

Sərt karantin şərti Novo-Oqaryevoda Putinin çəkilişlərini aparan jurnalistlərə də aiddir. Peskov bildirmişdi ki, bunker yoxdur, amma qlobal pandemiya səbəbindən dövlət başçısı Novo-Oqaryevoda işləyir. O da bildirilirdi ki, Putinin görüşlərindən yayımlanan süjetlərin Novo- Oqaryovada hazırlanmasını qeyd etməyə ehtiyac yoxdur. Çünki prezidentin dəqiq koordinatlarını yalnız bir neçə adam bilir, digərlərinin bu bilgiyə ehtiyacları yoxdur.

Prezidentin bunkerdə yaşaması haqda Dmitri Peskov "Rusiya 1" kanalında Nailə Əsgər-zadənin "Təhlükəli Virus" filminə verdiyi müsahibədə də danışıb. “İndi bir çox insan Putinin bunkerdə yaşadığına inanır və oradan təlimat verdiyini deyir. Ora bunker deyilsə, bəs nə otaqdır”,- deyə, Əsgər-zadə Peskovdan soruşub.

“Putin indi pandemiyadan əvvəl də yaşadığı Novo-Oqaryevodadır. Orada yaşayır, orada işləyir, Kremlə də gəlir, oradan yenə də işgüzar səfərlərə uçur”,- deyə Peskov bildirib.

Son olaraq “Kp.ru”-nun suallarını cavablandıran Peskov bir daha bu iddiaları təkzib edib, bu kimi xəbərlərin xarici ölkə kəşfiyyatları tərəfindən ortaya atıldığını söyləyib: “Putin kimi aktiv prezidentin bunkerdə oturması barədə deyilənlər boş və əsasız söhbətlərdir”.

Peskov deyib ki, Putin internetdən də sərbəst istifadə edir. Bu ay “Proyekt”nəşri araşdırıb ki, Putin son aylar Soçi və Novo-Oqaryovodakı ofislərində işləyir. Nəşrin yazdığına görə, dövlət başçısı koronavirus pandemiyası səbəbindən ən azı yayın sonundan Soçidədir. Kreml isə bu informasiyanı tirajlamır, çünki "xalq prezidentin paytaxtda və ya onun yanında olduğunu düşünməlidir",- deyə qəzet yazıb.

Novo-Oqaryovo Moskva Dairəvi Yolundan 10 kilometr məsafədə yerləşir. İqamətgah Moskva vilayətinin Odintsovo rayonu Usovo kəndi yaxınlığındadır. İqamətgah XIX əsrə aiddir.

Bura 2000-ci ildən Rusiya prezidentinin dövlət iqamətgahı kimi tanınır. Putin hakimiyyətdə olduğu illər ərzində ən çox burada yaşamağa və işləməyə üstünlük verib. İcazəsi olmayan şəxslərin əraziyə girişi qadağandır, burada tarixi məkanlara olan ənənəvi ekskursiyalar da yasaqdır. Xüsusi Dövlət Mühafizəsi İdarəsinin qoruması altında olan iqamətgah boyunca videokameralar var və daş bloklardan düzəldilmiş hasarlarla əhatələnib. Hasarların bəzi yerlərdə hündürlüyü altı metrə çatır.

2008-ci ildə iqamətgah Putinin yaşaması üçün əhəmiyyətli dərəcədə yenidən qurulub. İqamətgahda alman üslubunda hazırlanmış at tövləsi, üzgüçülük hovuzu, idman zalı, yaşayış binası, rəsmi qəbullar üçün ev, kinoteatrı olan qonaq evi, bir məbəd və bir vertolyot sahəsi var. 2008-ci ildə prezidentlikdən ayrılıb baş nazir olanda da Putin Novo-Oqaryovodakı iqamətgahda yaşamağı seçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...