Almaniya Türkiyənin cəzalandırılmasına qarşı çıxdı

Almaniya Türkiyənin cəzalandırılmasına qarşı çıxdı


Almaniya Yunanıstanın Türkiyəyə qarşı silah embarqosu tətbiqi ilə bağlı tələblərinə qarşı çıxıb.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Heyko Maas danışıb. Nazir bu tələbin strateji baxımdan doğru olmadığını bildirib. Türkiyənin NATO üzvü olduğunu xatırladan Almaniya XİN başçısı NATO üzvünə qarşı belə bir addım atmağın yanlış olacağını söyləyib.

H.Maas Aralıq dənizindəki Türkiyə-Yunanıstan qarşıdurmasının Yunanıstanın dediyi yollarla yox, diplomatik kanallar və siyasi yollarla çözülə biləcəyinə ümidini itirmədiyini əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
435 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...