İran səhvən vurulan Ukraynaya məxsus təyyarəyə görə təzminat ödəyəcək

İran səhvən vurulan Ukraynaya məxsus təyyarəyə görə təzminat ödəyəcək

İran beynəlxalq standartlara uyğun olaraq Tehran yaxınlığında səhvən vurulan Ukraynaya məxsus təyyarəyə görə təzminat ödəyəcək.

“RİA Novosti”nin məlumatına görə, bunu İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabia deyib.

“Vətəndaşlığa görə ayrıseçkilik edilmədən beynəlxalq normalara uyğun olaraq kompensasiya ödənilməlidir”, - deyə o bildirib.

Rabia əlavə edib ki, təzminat səhvən vurulmuş təyyarə ilə bağlı qanuni icraatı və cinayət məsuliyyətini ləğv etmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
445 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...