Lavrovun dəvəti ilə Çavuşoğlu Rusiyaya səfər edəcək

Lavrovun dəvəti ilə Çavuşoğlu Rusiyaya səfər edəcək

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Soçiyə səfər edəcək. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı bildirib.

“Dekabrın 29-da Türkiyənin xarici işlər naziri Rusiya XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə bizim ölkəmizə, Soçi şəhərinə işgüzar səfər edəcək”, - deyə M.Zaxarova bildirib.

Onun sözlərinə görə, M. Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak etmək üçün Soçiyə gələcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
451 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...