Trampa Şotlandiyaya giriş bağlana bilər

Trampa Şotlandiyaya giriş bağlana bilər
Şotlandiyanın ədliyyə naziri Həmzə Yusəf Donald Trampın Böyük Britaniyaya girişinə qadağa qoyulmasını təklif edib.

“Report” xəbər verir ki, nazir bu barədə tvitter hesabında yazıb.

“Əvvəla, o, ofisi tərk edir. Əgər Tramp Birləşmiş Krallığa gəlməyə çalışsa, Daxili İşlər Nazirliyi ona girişi qadağan etmək üçün ciddi tədbirlər görməlidir, çünki ərizəçinin burada olması ictimai mənafeyinə əlverişli deyilsə, onun belə bir səlahiyyəti var”.

Daha sonra məsələyə dair aidiyyəti qanunlardan müvafiq bəndləri də paylaşan H.Yusəf D.Trampı irqi ədavəti qızışdırmaqda ittiham edərək onun zorakılığın təşəbbüskarı olduğunu qeyd edib.

Eyni zamanda Böyük Britaniyanın daxili işlər naziri Priti Patel də D.Trampın öz şərhlərilə zorakılıq üçün qığılcım səpdiyini qeyd edərək onu hadisələri qınamağa çağırıb.

Qeyd edək ki, D.Trampın Şotlandiyada iki qolf klubu var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...