Qərb Rusiyanı Navalnıya görə sərt qınadı

Qərb Rusiyanı Navalnıya görə sərt qınadı

ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Avropa İttifaqı Şurasının sәdri Çarls Mişel rus müxalif siyasətçi Aleksey Navalnının saxlanılması ilə bağlı rəsmi Moskvanı tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, Pompeo açıqlamasında Rusiyanı şiddətlə qınadığını qeyd edib: “ABŞ Aleksey Navalnının Rusiyada tutulmasını şiddətlə qınayır. Biz Navalnının dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edirik”.

Həmçinin Pompeo seçki prosesi zamanı Rusiyadakı bütün siyasi partiyalara və namizədlərə yer verilməli olduğunu vurğulayıb.

Mişel isə siyasətçinin həbsinin qəbuledilməz olduğunu bəyan edib: “Rusiya hakimiyyətini Navalnıyı dərhal sərbəst buraxmağa çağırıram”.

Bundan əlavə, Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel eyni çağırışı sosial media mesajında təkrarlayıb və Navalnının hüquqlarına hörmət edilməli olduğunu bildirib. O, “mühakimənin siyasiləşdirilməsi qəbuledilməzdir”,- deyə yazıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
439 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...