Gürcüstanın xarici işlər naziri koronavirusa yoluxub

Gürcüstanın xarici işlər naziri koronavirusa yoluxub

Gürcüstanın xarici işlər naziri David Zalkaliani koronavirusa yoluxub. Bu barədə o özünün “Facebook” səhifəsində yazıb.

“Yanvarın 23-də yoluxmuş xəstələrlə təmasdan sonra mən özümü təcrid etmişəm. Müəyyən olunmuş müddət bitdikdən sonra test etdirdim. Cavabım müsbət çıxdı. Məndə Covid-19 infeksiyası tapıldı. İndi özümü yaxşı hiss edirəm. Bütün qaydalara riayət edir, evdə müalicə alıram. Ümid edirəm ki, tezliklə adi həyat tərzimə qayıda biləcəyəm”, - deyə D.Zalkaliani yazıb.

Qeyd edək ki, nazirin xəstələnməsi İran XİN-in rəhbəri Cavad Zərifin bölgəyə səfəri ilə üst-üstə düşüb. İranlı nazirin Gürcüstan prezidenti, Baş naziri və xarici işlər naziri ilə görüşü planlaşdırılsa da, sonuncusu ləğv edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
439 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...