Ermənistanda hökumət binasına girməyə cəhd göstərən 5 nəfər saxlanılıb

Ermənistanda hökumət binasına girməyə cəhd göstərən 5 nəfər saxlanılıb
Ötən gün Ermənistanda hökumət binasına girməyə cəhd göstərən 5 nəfər saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, yanvarın 28-də paytaxt İrəvanda hökumət binasının qarşısında polis qüvvələri ilə Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar arasında toqquşma olub. Etirazçılar hökumət binasına girməyə cəhd ediblər. Etirazçıların digər qismi isə Ermənistan Baş Prokurorluğunun binasına daxil olmağa cəhd ediblər. Bu cəhdlərin qarşısı polis qüvvələri tərəfindən alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
450 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...