Dünyada ərzaq son 8 ayda kəskin bahalaşıb

Dünyada ərzaq son 8 ayda kəskin bahalaşıb

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksinin 2021-ci ilin yanvar ayına olan aylıq hesabatına əsasən ərzaq məhsullarının beynəlxalq qiymətləri 2020-ci ilin dekabr ayı ilə müqayisədə 14,3 % artıb.

Bu barədə “Report”a FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisindən bildirilib.

Hesabata əsasən, dünya ərzaq qiymətləri son 8 ayda yüksəlməklə bərabər 2014-cü ilin iyul ayından indiyədək ən yüksək aylıq artış səviyyəsinə çatıb: “Bununla yanaşı, dünya miqyasında taxıl ehtiyatlarında isə kəskin azalma müşahidə olunub”.

“Qlobal olaraq 2020/21-ci illərdə taxıl istehlakının əvvəlki mövsümə nisbətən 52 milyon ton artaraq 2 761 milyon ton səviyyəsində olacağı proqnozlaşdırılır. Buğda və düyünün dünya üzrə istehlakının il ərzində müvafiq olaraq 0,7 % və 1,8 % artacağı proqnozlaşdırılır. Həmçinin, dənli bitkilərin qlobal ehtiyatlarının 2,2 % azalaraq 801 milyon tona enəcəyi gözlənilir, bu isə son beş ildəki ən aşağı göstəricidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
817 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...