Navalnı hara yoxa çıxıb? - Kreml onun yerini bilmədiyini deyir

Navalnı hara yoxa çıxıb? -


"Prezident administrasiyası bu cür məlumatlara sahib olan qurum deyil".

Qaynarinfo xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov Navalnının hazırda hansı CÇM-də olmasıyla bağlı sualı cavablandırarkən deyib.

O, jurnalistlərə açıqlamasında Kremldə məhkumların yeri barədə məlumatın olmadığını söyləyib.

Peskovun sözlərinə görə, Navalnı (o, soyadı səsləndirməyib) məhkəmə qərarı ilə cəza çəkən məhkumlardan biridir, bu səbəbdən harada olduğu barədə məlumat üçün FSIN-lə əlaqə saxlamaq lazımdır”.

Kremlin spikerinin dediyinə əsasən, həmin xidmətdə məhkumların yaxınları və dostlarının yerləri barədə məlumatlandırılması prosedurunu aydınlaşdırmaq lazımdır: "Mən bunun necə icra edildiyini bilmirəm".

Qeyd edək ki, Aleksey Navalnı Vladimir bölgəsindəki SIZO-3 "Kolçugino"dan çıxarılıb. Vəkilləri müxalifətçinin indi harada olduğunu bilmədiklərini deyirlər. Lakin hər şey Kolçuginodakı karantindən sonra Navalnının Pokrovskaya IK-2-yə göndərildiyini göstərir. Hər halda, FSIN tezliklə Navalnının nümayəndələrini onun olduğu yerlə bağlı məlumatlandırmalıdır.

Navalnı şərti cəzası həqiqi cəza ilə əvəzlədikdən sonra ömrünün iki il yarımını koloniyada keçirməli olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
910 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...